Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Taliban" gündə beş dəfə məscidə getməyən dövlət qulluqçularını cəzalandıracaq  

"Taliban" lideri Heybətullah Axundzadə üzrlü səbəb olmadan ardıcıl olaraq camaat namazını buraxan dövlət qulluqçularının Hənəfi məzhəbinə uyğun olaraq cəzalandırılacağı barədə fərman verib...

Oxu.Az xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, fərmana əsasən, dövlət qurumlarının bütün işçiləri və məsul şəxsləri müəyyən olunmuş vaxtlarda beş vaxt namaz qılmalıdırlar. Eyni zamanda, qanunu pozanların hansı cəza ilə üzləşəcəkləri barədə məlumat verilmir.

Xatırladaq ki, 2021-ci il avqustun əvvəlində "Taliban" islamçı radikal dini-siyasi hərəkatı Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirərək avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin başa çatdığını elan edib. İki həftə ərzində Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən yerli sakinlər fəal şəkildə təxliyə ediliblər. 2021-ci il avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-nin Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.

Poliqon.info

 


Etiket: Taliban Namaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

İşdən çıxarılan icra başçısının mülkləri…

Paris-2024: Bu gün Azərbaycanın üç güləşçisi və bədii gimnastı yarışacaq

Ən çox oxunanalar